Censon Battona təbriklər!

Müxtəlif nəsillərin Formula1 sürücüləri və avtoidman xadimləri Censon Battonu dünya çempionatındakı qələbəsi münasibətilə təbrik ediblər… Niki Lauda: “O öz işini […]

Müxtəlif nəsillərin Formula1 sürücüləri və avtoidman xadimləri Censon Battonu dünya çempionatındakı qələbəsi münasibətilə təbrik ediblər…

Niki Lauda: “O öz işini ideal yerinə yetirdi, bütün uğursuzluqlara və uğurlara baxmadan: o – əsil dünya çempionudur. Son nəticədə heç kim soruşmayacaq ki, sən necə çempion oldun, mənim özüm titulu yarım xal üstünlüklər qazanmışdım, amma bunun mənası yoxdur. Ən çətin iş çempion olmaqdır və o bunu edə bildi.”

Dəymon Hill: “Censon fantastik nəticə göstərdi. Keçən ilin sonunda o işsiz idi və bilmirdi ki, bu mövsüm onu nə gözləyəcək. Amma o hər şeyə dözdü və bu məni çox sevindirir.”

Ser Ceki Stüart: “Brawn GP əla işlədi, Ross isə əsil ustadır. Amma son nəticədə hər şey sürücüdən asılıdır və Censon hər şey düzgün etdi. Afərin!”

Berni Ekklstoun: “Amma hələ o rəsmən dünya çempionu deyil – Censon yalnız noyabrın sonunda bu adı alacaq, yəni FİA rəsmən bunu elan edəndən sonra. Censona kifayət qədər xal toplamaq lazım idi ki, onu heç kim keçə bilməsin və o bunu edə bildi. O bu ada layiqdir. Batton yaxşı işlədi.”

Kolin Hilton, Britaniyanın Avtoİdman Assosiasiyasının başçısı: “Biz hamımız Censona görə şadıq. Onun karyerasını izləyən hər bir kəs bilirdi ki, o çempion ola bilər. Bu il komanda ona yaxşı maşın verdi və o inamla titulu qazandı. İkinci il ardıcıl dünya çempionu britaniyalı olur və bu bizim ölkədə avtoidmanın inkişafına daha bir güclü təkan verəcək.”

Nik Fray: “Censon məni təəccübləndirmədi. Mən həmişə hiss edirdim ki, o bunu edə bilər, məncə, Censon indi hamıya nümayiş etdirdi ki, o nəyə qadirdir. Ümid edirəm ki, o tərəddüd edənlərin hamısına cavab verdi. O gərgin pressinq altında idi, mövsümün ikinci yarısı ciddi rəqabət var idi, amma Batton öz gücünü göstərdi.”

Rubens Barrikello: “Mən Censona görə çox şadam, o mənim dostumdur və layiqli çempiondur və əgər mən qalib gələ bilmədimsə, qələbə ona çatmalı idi. Afərin! O titula layiqdir, amma titulu ilk yeddi yarışda qazandı. Mövsümün ikinci yarısı mən güclü idim. Bu əsil mübarizə idi.”

Mark Uebber: “Censon həmişə stabil çıxış edib, bu mövsümün əvvəlində isə o çox sürətli idi. Brawn GP əla işləyirdi, onların ən yaxşı maşını var idi, digər komandalar isə uğursuzluqlarının səbəbini axtarırdılar. Son nəticədə Censon qalib gəldi. O layiqli çempiondur!”

Norbert Hauq: “Censonu və Brawn GP-ni təbrik edirəm! On ay əvvəl onların Formula1-də gələcəyi sual altında idi, bu gün isə onlar gərgin əməklərinin bəhrələrini gördülər. Əla işlədilər və bu mövsüm möcüzə etdilər!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*