24 Sentyabr 2019, Çərşənbə axşamı - 13:04

L.Həmilton: “Rəqiblərimi ən güclü vaxtlarında udmaq istəyirəm”

L.Həmilton: “Rəqiblərimi ən güclü vaxtlarında udmaq istəyirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

16:12 - 21 Mart, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, rəqiblərini ən güclü vaxtlarında məğlub etmək istəyir.

F-1.az xatırladır ki, 12-ci mövsümünü keçirməyə hazırlaşan britaniyalı sürücü bu müddətdə 4 dəfə Dünya Çempionu ola bilib.

Lyuis Həmilton: “Mən psixoloji müharibə aparmıram. Mən həmişə formada olub rəqiblərimi öldürmək üçün oradayam və hamı bilir ki, mən bu sahədə nəyə qadirəm. Ən yaxşı idmançılar rəqiblərinin zəifliyini düşünməməlidirlər. Ən yaxşı performanslarını göstərib özlərini sübut etməlidirlər. Zəif rəqibi udmaq sizi ən yaxşı etmir. Bu, bərbad haldır. Zəifi udub, ən güclü olduğunu düşünmək bədbəxtlikdir. Mən rəqiblərimi ən güclü vaxtlarında udmaq istəyirəm. Bu hal rəqiblərə daha çox təsir edir. Belə halı çox sevirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 363
Teqlər , ,
Paylaş

logo