17 İyun 2019, Bazar ertəsi - 11:43

M.Uebber: “Bu xüsusi gündür!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:45 - 12 İyul, 2009

Nürburqrinqdə sıralanma turunun son mərhələsinin sonuna yaxın ən yaxşı nəticə göstərən Mark Uebber Red Bull komandası üçün növbəti poulu qazanıb […]

Nürburqrinqdə sıralanma turunun son mərhələsinin sonuna yaxın ən yaxşı nəticə göstərən Mark Uebber Red Bull komandası üçün növbəti poulu qazanıb – bu poul avstraliyalı sürücünün karyerasında birinci uğurdur…

Mark Uebber: “Bu xüsusi gündür! Bu mənim birinci poulumdur, hərçənd əvvəllər mən poula bir neçə dəfə çox yaxın olmuşam. Biz əla işlədik, bütün uik-end boyu sürətli idik və çox xaotik olan üçüncü sessiyada da hamıdan üstün olduq, digər komandalar və sürücülər sanki bizi sınağa çəkmişdilər. Lakin maşın özünü əla apardı, hərçənd yarış mühəndisimin sözlərinə görə, bunu etmək asan olmayıb. İkinci sessiyanın gedişində biz hansı təkərin daha effektiv olmasını başa düşdük, amma bu xaosdan baş çıxarmaq və düzgün qərar qəbul etmək olduqca çətin idi.

Belə vəziyyətdə sən komandanın təcrübəsinə ümid edirsən: hər halda mənimlə əla mütəxəssislər çalışırlar. Trasın vəziyyəti sona qədər müəmmalı idi, nə dərəcədə sürüşkən olacaq və hansı təkərləri qoymaq lazımdır. Sessiya çətin keçdi, amma biz bunun öhdəsindən gəldik və poul qazandıq. Ümid edirəm ki, sabah yarışda da qalib gələ biləcəm. Mənim yaxşı şansım var, hərçənd Censon və Rubens bu mövsüm yaxşı çıxış edirlər. Biz mübarizəyə hazırıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər
Paylaş

logo