Ayfel Qran Prisi: Həftəsonuna ilkin hava proqnozu

İlkin proqnozlar növbəti həftəsonuna yağışlı və soyuq hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, hava cümə və şənbə günlərində +12, bazar günü isə +13 dərəcəyə yüksələcək. Hər 3 gün havanın yağıntılı olacağı bildirilir.

Xatırladaq ki, Nürburqrinqdə son yarış 2013-cü ilin iyuluna təsadüf etmiş, bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,