M.Şumaher: “Formula1-i Ferrari-siz təsəvvür etmək olmaz”

Yeddiqat dünya çempionu Mixael Şumaher Formula1-in gələcəyi barədə öz fikirlərini söyləyib: o hesab edir ki, FİA-nın təklif etdiyi dərəcədə məsrəflərin […]

Yeddiqat dünya çempionu Mixael Şumaher Formula1-in gələcəyi barədə öz fikirlərini söyləyib: o hesab edir ki, FİA-nın təklif etdiyi dərəcədə məsrəflərin azaldılmasının radikal təkliflərini bəyənməyə avtoistehsalçıları məcbur etmək olmaz. Ferrari-nin keçmiş sürücüsü bildirib ki, Formula1-in gələcəyini avtoistehsalçılarsız təsəvvür etmək mümkün deyil və onları qane edəcək qərarlar tapılmalıdır…

Mixael Şumaher: “Hazırkı vəziyyət ürəkaçan deyil – həm də söhbət elə bir idman növündən gedir ki, mən həyatımın çox hissəsini ona həsr etmişəm və əvvəlki kimi onu sevirəm. Baş verənləri izləmək məni sarsıdır. Ferrari-yə gəlincə, bu ad Formula1 üçün fövqal vacibdir. Skuderiya bu idmanla məşhurlaşıb, amma idman da onunla böyüyüb.

Formula1-i Ferrari-siz və ya digər avtoistehsalçılarsız təsəvvür etmək olmaz, onlar çempionatda çoxdan çıxış edirlər. Mən əminəm ki, məsələnin həlli tezliklə tapılacaq və bu qərar Formula1-i gördüyümüz səviyyəyə qaldıran bütün komandaları qane edəcək. Gözləmək lazım deyil ki, avtoistehsalçılar radikal addımlar atacaqlar. Bəli, məsrfələri azaltmaq olar, amma bunu tədricən etmək lazımdır. Dünyanı bir gündə dəyişmək mümkün deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*