2017-ci il mövsümünün təqvimi təsdiq olunub – Yarışımızın adı və tarixi dəyişdirilib!

Bu gün Vyanada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası baş tutub. İclasda gələnilki mövsümün təqvimi təsdiq olunub.

Təqvimin açıqlanmasını səbirsizliklə gözləyən ölkələrdən biri də biz idik, çünki builki yarış 24 saatlıq Le Man marafonu ilə eyni həftəsonunda baş tutmuşdu və bu hal azarkeş sayına təsir göstərmişdi. Növbəti mövsümün ilkin təqvimində də milli yarışımızın 18 iyunda baş tutacağı bildirilmişdi – bu da yenə Le Mandakı yarışla üst-üstə düşmək demək idi.

F-1.az bildirir ki, bu gün təsdiqlənən təqvim ölkəmiz üçün qənaətbəxş sayıla bilər. Bakıdakı yarış ilkin təqvimdə açıqlanan vaxtdan bir həftə sonra – 25 iyunda baş tutacaq. Buna təsir edən amillərdən biri də Almaniya Qran Prisinin təqvimdən çıxarılması olub.

Daha bir əlamətdar hadisə isə yarışımızın adının dəyişdirilməsidir. Debüt ilində Avropa Qran Prisi adlandırılan yarış gələn ildən Azərbaycan Qran Prisi kim tanınacaq.

Mövsüm 20 yarışdan ibarət olacaq və 26 martda Avstraliyada başlayıb, 26 noyabrda Əbu Dabidə başa çatacaq.

Tarix Qran Pri Şəhər, tras
24-26 mart Avstraliya Melburn, Albert Park
7-9 aprel Çin Şanxay
14-16 aprel Bəhreyn Saxir
28-30 aprel Rusiya Soçi
12-14 may İspaniya Barselona, Katalunya
25-28 may Monako Monte Karlo
9-11 iyun Kanada Monreal, Jil Vilnöv adına tras
23-25 iyun Azərbaycan Bakı, Bakı Şəhər Halqası
7-9 iyul Avstriya Şpilberq, Red Bull Rinq
14-16 iyul Böyük Britaniya Silverstoun
28-30 iyul Macarıstan Budapeşt, Hunqarorinq
25-27 avqust Belçika Spa
1-3 sentyabr İtaliya Montsa
15-17 sentyabr Sinqapur Sinqapur, Marina Bey
29 sentyabr-1 oktyabr Malayziya Kuala Lumpur, Sepanq
6-8 oktyabr Yaponiya Suzuka
20-22 oktyabr ABŞ Ostin
27-29 oktyabr Meksika Mexiko, Rodriges qardaşları adına tras
10-12 noyabr Braziliya San Paulu, İnterlaqos
24-26 noyabr Əbu Dabi Əbu Dabi, Yas Marina
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*