18 Avqust 2019, Bazar - 01:12

Montsa rəhbərliyi 2019-cu ilə qədər təqvimdə qalmaq istəyir

Montsa rəhbərliyi 2019-cu ilə qədər təqvimdə qalmaq istəyir

Müəllif: Elçin Zodorov, redaktor

11:18 - 01 Sentyabr, 2016

İtaliya Qran Prisinin təşkilatçıları bu həftəsonu Berni Ekklstounla 3 illik müqavilə bağlayaraq Montsanın təqvimdəki yerini itirmək qorxusunu aradan qaldırmaq istəyirlər.

İtaliya Avtomobil Klubunun (ACİ) rəhbəri Ancelo Stikki Damyani dünən 68 milyon avroluq müqavilə üçün Berni Ekklstoun ilə razılaşdıqlarını bildirib. Növbəti 3 ili əhatə edəcək müqavilənin bu həftə Montsada baş tutacaq yarış ərəfəsində rəsmi şəkildə təsdiq olunacağı gözlənilir. Lombardiya əyalətinin rəhbərliyinin də 15 milyon avroluq dəstək verdiyi bildirilir.

Müqavilənin təqvimə yeni girən traslarla müqayisədə daha qısa müddəti əhatə etməsinin heç bir problem yaratmayacağını bildirən Damyani deyib: “Kimlərsə daha uzunmüddətli müqavilə gözləyirdi. Amma işlər qaydasında getdiyi müddətdə müqaviləni uzatmaqda problem olmaz. Amma bunu da nəzərə almalıyıq ki, Avropa yarışlarının təşkilatçıları böhrandadır”.

İmola trasının rəhbərliyinin təqvimə girmək üçün çalışmasına baxmayaraq, Montsanın təqvimdə qalmağa daha yaxın olmasından məmnunluq hissi keçirən Damyani əlavə edib: “Əlimizdən gələni etdik. Əgər bizimlə razılıq əldə edilməsəydi, İmola ən yaxşı həll yolu idi. İki trasın yarışı növbəli şəkildə keçirməsi fikri də məntiqli deyildi. Çünki 2 təşkilatçı ilə işləməli olacaqdıq. Amma son seçimi Berni edəcək. ACİ-nin pulunun mənbəyi dövlət deyil. Amma Lombardiya əyalətinin etdiklərini də unutmaq olmaz”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 504
Teqlər , ,
Paylaş

logo