Monakodakı üçüncü yerə görə kubok Pyer Qasliyə təqdim edilib

Red Bull komandası Alpine-in sürücüsü Pyer Qasliyə Monako Qran Prisini üçüncü pillədə bitirdiyinə görə kuboku təqdim edib.

Alpine sürücüsü şəhər trasında finiş xəttini Kimi Antonelli və Lyuis Həmiltondan sonra keçmişdi, lakin iki beşsaniyəlik cərimə almış və podiuma Ayzek Həcərin çıxmasına imkan verərək yeddinci yerə düşmdüşdü. Lakin Alpine cərimələrlə razılaşmamış və qərarın yenidən baxılmasını tələb etmişdi, bu tələb Barselonada təmin olunmuş və Pyer üçüncü yerə qayıtmışdı.

Red Bull komandası Qasliyə podiumda Həcərin aldığı kuboku operativ şəkildə təhvil verə bilməmişdi, lakin Avstriyada yarış həftəsonunun başlanmasından əvvəl Alpine sürücüsü sosial şəbəkədə uzun müddət gözlənilən trofeylə şəkil paylaşıb.

“Monakodan gələn kubok evə qayıtdı! – deyə Qasli sosial şəbəkə hesablarında qeyd edib. – Xoşbəxt gün, xoşbəxt həyat!”

Lakin kubokun sahibi hələ də dəyişə bilər, çünki Red Bull və McLaren də Monako yarışının nəticələrindən apellyasiya veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*