P.Qasli: “Həyatımın ən gözəl günüdür”

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, həyatının ən gözəl gününü yaşayır.

F-1.az xatırladır ki, fransalı sürücü İnterlaqosda üçüncü olaraq Formula1 karyerasının ilk poulunu qazanıb. Son dövrələrdə Həmiltonun hücumlarını dəf edən 23 yaşlı pilot finişə 2-ci yerdə çatıb.

Pyer Qasli: “Həyatımın ən gözəl günüdür. Uşaqlıqda Formula1 bolidi sürməyi xəyal edirsiniz. Daha sonra bu reallaşır. Ondan sonra isə ilk podiumunuzun xəyalını qurursunuz. Sözün düzü, bu uğura Toro Rosso-da çatacağıma inanmazdım. Sadəcə öz üzərimdə çalışdım və var qüvvəmlə sürdüm. İlin sonuna qədər bütün fürsətlərdən maksimum istifadə etdik.

Yarışda əsas hədəfim orta qrupun önündə qalmaq idi. Yarış tempimiz güclü idi. Arxadakı rəqiblərimlə olan fərqə nəzarət edirdim. Sonda Maks və Lyuislə eyni podiumda olmaq çlx emosional idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*