Monako-2016: Mətbuat konfranslarının cədvəlləri

Monako Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Çərşənbə günü Maks Ferstappen (Red Bull), Niko Rosberq (Mercedes AMG), Sebastyan Fettel (Ferrari), Colion Palmer (Renault), Roman Qrojan (Haas) və Paskal Verlyayn (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə axşamı isə sürücüləri komandaların məsul işçiləri – Erik Bulye (McLaren), Nik Çester (Renault), Monişa Kaltenborn (Sauber), Ceyms Ki (Toro Rosso), Pəddi Lou (Mercedes AMG) və Pol Monaqan (Red Bull) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*