Mitç Evans əzmkar qələbə qazanıb

Bu gün San Pauluda elektrikli maşınların Formula E dünya çempionatında 6 yarış baş tutub. Formula1 çempionatı daim Cənubi Amerika ölkəsinə səfər etsə də, elektrikli seriya ilk dəfə Pelenin vətənində olub.

F-1.az xəbər verir ki, San Paulunun küçələrində salınmış 11 döngədən ibarət süni trasa da Sambadrom adı verilib.

İlk cərgədən start alan Stoffel Vandorn və Antoniu Feliks da Koşta ilk döngəyə qədər Mitç Evansın hücumlarına baxmayaraq mövqelərini qoruyublar.

Yarışın ilk mərhələsində peleton çox sıx hərəkət edib. Ona görə də qarşıdakı sürücülərdən birincin səhvi düz onun arxasında olan sürücü üçün də yer itirməsi ilə nəticələnib.

Trasda hücumu modunu aktivləşdirmək üçün trayektoriyadan çıxmaq ciddi vaxt itkisinə səbəb olduğu üçün yarışın ortasında peletonda yerdəyişmələr başlayıb. Əvvəlcə da Koşta, sonra Nik Kəssidi, daha sonra Mitç Evans liderliyə yüksəliblər.

Trasa iki dəfə Təhlükəsizlik Maşını çıxdığı üçün yarış direktoru ümumi məsafəyə daha 4 dövrə əlavə edib. Bu zaman peletona Envision-dan Nik Kəssidi başçılıq edib, onu Jaguar sürücüləri Mitç Evans və Səm Börd təqib ediblər. Bu üçlük digər sürücülərdən ciddi uzaqlaşıb.

Finişə 3 dövrə qalmış Mitç həmyerlisi Səmin səhvindən yararlanıb və irəli çıxıb. Son dövrəyə yenizelandiyalı sürücülər 1% enerji ehtiyatı ilə yollanıblar, ona görə də düzlüklərdə ciddi qənaət rejimində sürməli olublar. Maraqlıdır ki, onlardan 2% çox enerjisi olan Börd hücum hazırlaya bilməyib.

İlk üçlük bu ardıcıllıqla da finiş xəttini keçib – Mitç və Nikin maşınında enerji qalmayıb.

Bu gün keçən ilin çempionu poul qazansa da, qələbəyə keçən ilin vitse-çempionu sevinib. San Pauludan sonra Mitçin aktivində 39 xal olub və sürücü 9-cu yerə yüksəlib. Mitç 6-cı olan komanda yoldaşı Səmə 5 xal uduzur.

Mövsümə isə 86 xalla Porsche-nin sürücüsü Paskal Verlyayn başçılıq edir. Ceyk Dennis 62 xalla 2-cidir, Kəssidinin hesabında 61 xal var.

Komandaların mübarizəsində Porsche-nin böyük üstünlüyü var.

Növbəti dəfə çempionat iştirakçıları bir aydan sonra Berlində iki yarış keçirmək üçün toplaşacaqlar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*