Formula E: Audi komandasında Daniel Abtı Rene Rast əvəz edəcək

DTM-də Audi-nin ikiqat çempionu Rene Rast Formula E-də Audi zavod komandasına qoşulacaq və Daniel Abtın komandadan qovulmasından sonra boş qalan yeri tutaraq mövsümün qalan yarışlarını komandada keçirəcək.

F-1.az xatırladır ki, 33 yaşlı almaniyalı sürücü Formula E-də artıq təcrübəyə malikdir: 2016-cı ildə elektrikli maşın yarışları çempionatının Berlin mərhələsində Super Aguri komandasında Antonio Feliks da Koştanı əvəz etmişdi.

Rene Rast: “Mən uzun müddətdir Formula E-ni yaxından izləyirəm və indi yeni bir çağırışı qəbul etməyə hazıram. Bu seriyada sürücülərə çox yüksək tələblər var. Təmiz sürətə əlavə olaraq, burada səmərəli enerji sirafı məsələsini başa düşməlisiniz, batareya enerjisinə qənaət etməyi və mükəmməl taktika qurmağı bilməlisiniz – bütün bunları hadisələrin, ümumiyyətlə, çox sürətlə inkişaf etdiyi dar şəhər traslarında etməlisiniz.

Testlər iyulun əvvəlində keçiriləcək və simulyatorda işlədiyim təcrübəmi nəzərə alaraq mövsümün başlanmasına mümkün qədər yaxşı hazırlaşmağa çalışacağam. Berlində doqquz gün ərzində altı yarış bizi gözləyir, buna görə də hər şeyi tez öyrənmək üçün çoxlu imkanlarım olacaq!”

Diter Qass, Audi Motorsport-un rəhbəri: “Rene iki dəfə DTM çempionudur və uzun müddətdir Audi-nin şərəfini qoruyur, buna görə əvvəldən komandadakı yer üçün əsas iddiaçılar siyahısında idi. Əvvəllər dəfələrlə sübut edib ki, hətta onun üçün yeni seriyalarda da çıxış edə bilər və uzun müddət yeni texnikaya öyrəşməyə ehtiyac duymur.

DTM və Formula E təqvimlərinin üst-üstə düşməməsi çox yaxşıdır, buna görə Rene hər iki seriyada Audi üçün yarışa bilər. Mövsümün altı final yarısı Berlində keçiriləcək və komandamızın çempionatda qələbə üçün mübarizə aparmaq üçün böyük şansı var…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*