A.Prost Renault-nun Formula1 komandasında olmayacaq

Sabiq 4 qat dünya çempionu Alen Prostun özü bunu təsdiq edib.

F-1.az xəbər verir ki, əfsanəvi fransız pilotun Renault-nun Formula1 komandasına rəhbər gətiriləcəyi gözlənilirdi. Amma bu, baş vermədi.

Alen Prost: “Komandanın səfiri rolunu davam etdirəcəm. İşimin böyük hissəsi Formula E-dəki komandamızla (Renault e.dams komandası) bağlı olacaq. Bəlkə bir neçə kanal ilə müqavilə bağlayaram və fərqli işlər görə bilərəm.

Hər işi eyni vaxtda görmək mümkün deyil. Bu, problemlər yaradar. İşlərin pozulmasını istəmirik. İlk vaxtlar çətin ola bilər, amma səfirlik rolunun başqa işlər görməyə imkan verəcəyini düşünürəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*