P.de la Rosa: “Formula1 düzgün yolda deyil”

Sabiq Formula1 sürücüsü Pedro de la Rosa bildirib ki, Formula1-də sürücü gücü yox, komanda gücü ön plana çıxır.

F-1.az xatırladır ki, de la Rosa 9 mövsüm Formula1-də yarışdıqdan sonra 41 yaşında karyerasını bitirmişdi. Karyerası ərzində sadəcə 2006-cı ilin Macarıstan yarışında podiuma yüksəlsə də, paddokda hörməti olan sürücülərdəndir.

Pedro de la Rosa: “Bəyənsək də, bəyənməsək də, elektrik avtomobillər dünyaya hakim olacaq. Hibrid mühərriklərin elektrik mühərriklərin yanında az ömrü qalıb. Formula E onsuz da bu yöndə olan çempionatdır. Formula1-in vəziyyəti fərqlidir. Seriyanın ən böyük problemi bolidlərin və mühəndislərin çempionatı olmasıdır. Ən yaxşı sürücülərin çempionatı deyil. Bunu məyusluqla deyirəm. Əgər Formula E-də sürücünün istedadı yoxdursa, qalib gəlmək mümkünsüzdür. Liberty Media bu məsələyə fokuslanmalıdır. Komandalar və sürücüçər arasında rəqabəti artırmalıdır. İnsanlar əsl qəhrəmanları görmək istəyir. Bolid hesabına qəhrəman olanları yox”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*