Ç.Keri: “Formula E idman deyil”

Formula1-in rəhbəri Çeyz Keri bildirib ki, Formula E-nin rəhbəri Alexandro Aqaqın sözlərini ciddiyə almır.

F-1.az xatırladır ki, Alexandro Aqaq Formula1-in onları nüsxələdiyini demişdi.

Çeyz Keri: “Onun gələcəyi görmək istedadı var və bunu görmək sevindiricidir. Formula E ilə rəqib deyilik. Bu, hamımız üçün vacib seriyadır, çünki təbiəti təmsil edir. Lakin Formula E-ni idmandan çox küçə bayramı kimi görürəm. Oraya gedən insanlar həzz aldıqlarını deyirlər, çünki musiqi dinləyib, ləzzətli yeməklər yeyirlər. Amma Formula1 dünya şöhrətli və vacib idman tədbiridir. Bütün dünyada izlənir və artıq idmanı yeni formaya salırıq. Başqa seriyalar bizə kömək edə bilərlər, çünki maraq yaradırlar. Lakin Formula1 zirvədədir və elə də qalacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*