Miller mövsümdə ilk qələbəsini qazanıb

Yaponiyanın Moteqi avtodromunda MotoGP mövsümünün 16-cı mərhələsi başa çatıb.

F-1.az xəbər verir ki, dünən yağışlı sıralanma turunda poul qazanan Honda-nın sürücüsü Mark Markes yaxşı start ala bilməyib. Mark ilk döngədə KTM Red Bull komandasından Brəd Binderi, daha sonra isə onun komanda yoldaşı Miqel Oliveyranı irəli buraxıb.

İkinci dövrədə Markı Ducati-dən Cək Miller və Pramac-dan Xorxe Martin arxada qoyublar.

Üçüncü dövrədə isə Miller və Martin Red Bull sürücülərini keçərək rəqiblərindən uzaqlaşmağa çalışıblar.

Martin və Binderin mübarizəsi Millerin böyük fərq yaratmasına səbəb olub. Yekunda avstraliyalı sürücü mövsümdə ilk qələbəsini bayram edib.

Finişə 2 dövrə qalmış Binder uğurlu hücumla ikinciliyə yüksəlib. Elə bu dövrədə Markes də Oliveyranı arxada qoya bilib.

Titula namizəd Aleş Esparqaro qızdırma dövrəsində texniki problem üzündən motosikletini dəyişib və pit leyndən start alıb. Aprilia-nın sürücüsü finişdə yalnız 16-cı ola bilib.

Digər titula namizədlər Yamaha-dan Fabio Kuartararo və Ducati-dən Françesko Banyayanın 8-ci yer uğrunda mübarizəsi isə italiyalının yıxılması ilə nəticələnib. Ona görə də Fabio turnir cədvəlində hər iki rəqibi ilə fərqi daha 8 xal artıra bilib.

Gələn həftə çempionat iştirakçıları Tailandda mübarizəni davam etdirəcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*