Mercedes komandasında Monzada Antonelli üçün cərimə müzakirə olunur

Mercedes komandası mövsümün ikinci yarısında Kimi Antonellinin maşınına icazə verilən limitdən artıq güc qurğusu komponentlərinin dəyişdirilməsini nəzərdən keçirir. Bu halda şəxsi hesabın liderini startda mövqe itirmə cəzası gözləyir və komandada bunun üçün mümkün variantlardan biri kimi İtaliya Qran Prisi hesab edilir.

Kimi Antonelli artıq mövsüm üçün icazə verilən daxiliyanma mühərriklərinin, qazburaxma sistemi dəstlərinin, enerji toplayıcılarının və idarəetmə elektronikasının həddini tükədib. Buna görə bu siyahıdakı hər hansı yeni komponentin quraşdırılması cəza ilə nəticələnəcək.

Mercedes komandası əlavə dəyişikliklərdən yayınmağı planlaşdırır, lakin mövsümün ilk yarısında etibarlılıq problemləri komandani belə bir ssenarini də nəzərdən keçirməyə məcbur edir. Əgər cəza qaçılmaz olsa, Kimi üçün start mövqelərinin itirilməsinin ən az zərər verəcəyi mərhələ seçilməlidir.

Uyğun variantlardan biri İtaliyanın Monza trası görünür, orada bir çox digər traslara nisbətən ötmək daha asandır. Lakin bu Antonelli üçün ev yarışı olduğundan, Mercedes alternativ olaraq dəyişiklik edib cəza almağı Bakıda həyata keçirməyi də nəzərdən keçirir.

“Mühərrikin dəyişdirilməsinə görə cəza məsələsinə gəldikdə, hələ də ümid edirəm ki, ondan yayınmağı bacaracağıq, – deyə Toto Volff Hunqarorinqdə bildirib. – Amma əgər dəyişdirməyə ehtiyac qalsa, hansı trasda bunu etməyin daha yaxşı olduğuna qərar verməliyik.

Bir mərhələ var ki, Kimi üçün tamamilə xüsusi ola bilər, belə bir cəza üçün münasib yer kimi görünür. Buna görə Marko (Antonelli, Kimin atası) ilə danışıb Monzada mühərrikin dəyişdirilməsi üçün cəza alıb-almamağımıza qərar verməliyik.

Bakı da variantlardan biridir, bəlkə onu seçərik. O halda Kimi Monzada ən arxa sıralardan start verməli olmayacaq. Bu mövsüm etibarlılıqla bağlı ciddi problemlərimiz olub, amma görəcəyik, nəhayət, cəza almağa məcbur olub-olmayacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*