Loran Mekis: “Macarıstandakı yarış uğurla başa çatdı. Maks, Ayzek və bütün komanda əla iş gördülər. Həftəsonunun əvvəlində biz belə temp göstərmirdik, sürücülər tənzimləmələrlə çətinlik çəkirdilər, lakin trekdə və bazada olan əməkdaşlarımız əlindən gələni etdilər, nəticədə yarışdakı maşının sürəti kifayət qədər yüksək oldu ki, Lando istisna olmaqla bütün rəqiblərlə inamla mübarizə apara bilsin.
Yarışda bir neçə həlledici məqam vardı – Maksın Lyuisı ötməsi, strateji qərarlar və pit-stoplar – hər şey düzgün həyata keçirildi. Maks yenə də əla çıxış etdi, Ayzek təsirli yarış keçirdi və ardıcıl yeddinci dəfə altılığın içində finiş etdi. O, mükəmməl sabitlik nümayiş etdirir və bu nəticələri tamamilə haqq edir.
Bu, mövsümün ilk yarısını başa vurmaq üçün əla nəticədir. İndi komandada mübarizəni davam etdirməzdən əvvəl dincəlmək və qüvvə toplamaq imkanı var. Fasilədən sonra daha yaxşı çıxış edəcəyimizi ümid edirik.
Mövsümün ilk yarısı əsl amerikan dağlarına bənzəyirdi, amma indi bazadakı bütün əməkdaşların gərgin işi və fədakarlığı sayəsində doğru istiqamətdə irəliləyirik. Son dörd yarışda liderlərdən geri qalmanı xeyli azaltdıq və müntəzəm olaraq podium yerləri uğrunda mübarizə apardıq.
Milton Kinsdə hamı qələbələr uğrunda mübarizəyə növbəti addımı atmaq üçün böyük səylər göstərir və mövsümün ikinci yarısında rəqiblərimizlə mübarizə aparmaq fürsətini səbirsizliklə gözləyirik”.





