McLaren yeniliklər hazırlayır

Baxmayaraq ki, mövsümöncəsi testlərin üçüncü seriyası qurtarmaq üzrədir, McLaren komandası ilk dəfə olaraq bu gün quru şəraitində tam günü işləməyi […]

Baxmayaraq ki, mövsümöncəsi testlərin üçüncü seriyası qurtarmaq üzrədir, McLaren komandası ilk dəfə olaraq bu gün quru şəraitində tam günü işləməyi nəzərdə tutub. Dünya çempionu Censon Batton bir nömrəli maşının sükanı arxasında bütün günü mexaniki sazlanmaları test edəcək.

Sabah isə onun McLaren MP4-25-ində bir çox yeniliklər gözlənilir – yeni elementlərin bu gün gecə Xeresə gətirilməsi nəzərdə tutulub. Çox güman ki, britaniyalılar artıq bu həftədən maşının yenilənmiş versiyasına keçməyə başlayırlar – digər komandalar isə yenilikləri gələn həftə Barselonaya gətirəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*