McLaren çempionatın bölünməsini dəstəkləmir

FİA-nın təklif etdiyi və dünən Ümumdünya Şurasının təsdiq etdiyi büdcənin məhdudlaşdırılması qaydası şübhəsiz ki, çempionatın yeni komandaları tərəfindən dəstəklənəcək, axı […]

FİA-nın təklif etdiyi və dünən Ümumdünya Şurasının təsdiq etdiyi büdcənin məhdudlaşdırılması qaydası şübhəsiz ki, çempionatın yeni komandaları tərəfindən dəstəklənəcək, axı onlar üçün əlverişli şərtlər irəli sürülüb, amma hazırkı komandaların nöqteyi nəzəri FOTA-nın mövqeyində əks olunub. FOTA-nın təklifini federasiya bəyənməyib, amma McLaren komandasının başçısı Martin Uitmarş ümid edir ki, kompromis əldə olunacaq…

Martin Uitmarş: “FOTA-nın üzvü kimi Vodafone McLaren Mercedes komandası bizim assosiasiyanın hazırladığı və məsrəflərinazaldılmasına yönəldilmiş tədbirləri bəyənir. Bəzi komandaların büdcələri hazırkı iqtisadi vəziyyət üçün çox böyük ola bilər, amma buna baxmayaraq biz hesab edirik ki, büdcəni məhdudlaşdırmayan qərar qəbul oluna bilər, çünki bu qərar reqlamentin ikinci səviyyəsinin əmələ gəlməsi ilə nəticələnəcək. Biz ölçülmüş danışıqlara hazırıq və bu prosesə kömək edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*