McLaren bolidinin adını açıqlayıb

McLaren komandası 2021-ci il bolidinə gözlənildiyi kimi MCL35M adını verib.

F-1.az bildirir ki, McLaren 2021-ci il bolidinə tamamilə yeni ad vermək istəmirdi. Çünki bu bolid MCL35-in davamıdır. Yeni mövsümdən Mercedes motorundan istifadə edəcək komanda bolidə MCL35M adını verib. M hərfinin Mercedes motoruna görə verildiyi düşünülür.

Britaniyalılar yeni mövsümdə də narıncı rəngdən istifadə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*