March gələn ilin startına çıxmasına əmin deyil

Gələn ilin çempionatında iştirak etmək üçün ərizə verəmiş yeni komandaların siyahısında tanış adlar da var, məsələn, March komandası. İlk dəfə […]

Gələn ilin çempionatında iştirak etmək üçün ərizə verəmiş yeni komandaların siyahısında tanış adlar da var, məsələn, March komandası. İlk dəfə bu komandanın maşınları Qran Prinin startına 1970-ci ildə, sonuncu dəfə isə 1992-ci ildə çıxmışdılar. On yeddi il keçib və indi March brendinin yeni sahibləri bu adı Formula1-ə qaytarmaq qərarına gəliblər. Amma MotorSport Total həftəliyində dərc olunan relizə əsasən, komanda hələ son qərar qəbul etməyib…

Rəsmi bəyanatda deyilir: “Formula1-də qaydalar dəyişir və bu gün yeni iştirakçılar çempionata gəlmək imkanı əldə ediblər. FİA-nın ciddi tələblərinə cavab verəcək iddialı komandalar digər maşınlarda olan motor və transmissiyaları ala biləcəklər. Amma March Racing Organization komandasının çempionatda iştirak edəcəyini indidən söyləmək hələ tezdir. Amma biz belə bir imkanı öyrənirik və istənilən halda yeni qaydalarla diqqətlə tanış olmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*