25 Avqust 2019, Bazar - 07:32

Manor-un potensial alıcısı cavab üçün daha 4 gün gözləyəcək…

Manor-un potensial alıcısı cavab üçün daha 4 gün gözləyəcək…

Müəllif: Elçin Zodorov, redaktor

21:24 - 16 Yanvar, 2017

Ağır günlərini keçirən komandaya potensial alıcı çıxıb. Gələcəyi bu həftə bəlli olacaq komanda ən geci cümə gününə qədər təklifə cavab verməlidir.

F-1.az Manor-un satılması cəhdlərinin uğursuz nəticələnməsi və komandaya xarici idarəetmənin tətbiq edilməsi barədə məlumat vermişdi. Biz həm də bildirmişdik ki, komandanın yeni sərmayədar tapmaq üçün yanvarın 20-nə qədər vaxtı var.

AutoSpot-un məlumatına görə, FRP Advisory LLP şirkəti Manor qrupuna daxil olan Just Racing Services Ltd, Just Racing Ltd Manor Grand Prix Racing Ltd-ni satın almaq istəyir. Adı çəkilən şirkətlərdən sonuncu ikisi fəaliyyətini davam etdirir və onlara xarici idarəetmə tətbiq edilməyib. Çempionatda iştirak etmək üçün lisenziya formal olaraq Manor Grand Prix Racing Ltd-yə məxsusdur.

Təklifi verən tərəf maşının hazırlanmasının və mövsümöncəsi testlərə qoşulmanın mümkünlüyünə inanır. Qarşı tərəf isə qərarını yanvarın 20-nə qədər verməlidir. Əgər bu tarixə qədər qərar verilməsə, vaxtın azalacağından və yeni mövsümə hazırlaşmaq üçün xərclərin artacağından, təklif ləğv oluna bilər.

AutoSpot məlumat əldə etməyə çalışsa da, FRP Advisory LLP bu barədə susur. Manor-un başçısı Stiven Fitspatrikə isə zəng çatmayıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 684
Teqlər , , , , , ,
Paylaş

logo