17 Avqust 2019, Şənbə - 14:59

R.Haryanto mövsümü tamamlaya bilmək üçün sponsor axtarır

R.Haryanto mövsümü tamamlaya bilmək üçün sponsor axtarır

Müəllif: Elçin Zodorov, redaktor

06:49 - 26 May, 2016

Rio Haryanto bu mövsüm İndoneziya hökumətinin və Pertamina şirkətinin dəstəyi ilə Manor komandasının tərkibində Formula1-ə gəlib.

F-1.az xəbər verir ki, buna baxmayaraq, Rionun mövsümün 2-ci hissəsində mübarizə aparmayacağı barədə söz-söhbətlər artır. Onun meneceri Pirs Hannisetin dedikləri də bu məlumatları bir qədər təsdiqləyir: “Mövsümün 11-ci yarışına qədər olan bütün sponsorluq ödənişləri edilib. Bunda bir problem yoxdur. İndoneziya hökuməti ilə münasibətlərimiz də davam edir. Önümüzdəki bir neçə həftə ərzində bəzi nəticələr əldə edəcəyimizi düşünürəm. Ümid edirəm ki, Kanada Qran Prisinə qədər bir çox şey aydın olar.

Pertamina-nın da əlavə ödənişlər etməsi ehtimalı da var. Əgər Rio mövsümün sonuna qədər mübarizə apara bilməsə, bu, gözlənilməz olar. Mövsümboyu Manor-un sükanı arxasında olacağından əminəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 556
Teqlər , , ,
Paylaş

logo