17 Dekabr 2018, Bazar ertəsi - 06:44

C.But Toro Rosso-dan ayrılıb

C.But Toro Rosso-dan ayrılıb

Müəllif: Rauf Hacıyev, redaktor

16:20 - 23 Aprel, 2018

Toro Rosso komandasının texniki direktoru Con But vəzifəsindən ayrılıb.

F-1.az xatırladır ki, But daha əvvəl Manor komandasına başçılıq etmiş, 2016-cı ildə isə Toro Rosso-ya texniki direktor kimi gəlmişdi. Amma Manor-un LMP1-dəki yüksəlişi britaniyalı mütəxəssisi Formula1-dən soyudub.

Con But: “Toro Rosso ilə münasibətim sona çatdı. Bəlkə də, Formula1 üçün artıq yaşlıyam. Mənim yaşda adamlar təyyarə ilə səyahət edib otellərdə qalanda yorulurlar. Amma mən səyahəti sevirəm. Bəzən Yaponiyaya belə gedə bilərəm. Bundan sonra LMP1-dəki proqrama fokuslanacam. Toyota-ya qarşı işimizin çətin olduğunu bilirəm, ancaq bizim də uzunmüddətli planımız var. Əlimizdə 100 milyon avro yoxdur və Formula1-lə LMP1 oxşardırlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 108
Teqlər , , ,
Paylaş

logo