Malayziya tribunalarında yüz min tamaşaçı

Malayziyada tribunalara biletin qiyməti Avropada olduğu kimi baha deyil, bəlkə məhz buna görə, bəlkə də milli Lotus komandasının debütünə görə, […]

Malayziyada tribunalara biletin qiyməti Avropada olduğu kimi baha deyil, bəlkə məhz buna görə, bəlkə də milli Lotus komandasının debütünə görə, azarkeşlər mövsümün üçüncü yarışına böyük maraq göstəriblər – yarışın təşkilatçılarının verdiyi xəbərə görə, bazar günü yarışı tribunalardan yüz min tamaşaçı izləyib…

Razlan Razali, Sepanq avtodromunun kommersiya direktoru: “İlkin bilet satışının tempi keçən illə müqayisədə 30% artmışdı, amma yarış həftəsi və uik-end ərzində də çoxlu bilet satmışıq.

Mixael Şumaherin çempionata qayıtması və Lotus komandasının debütü tamaşaçıların marağını artırıb, bundan başqa Petronas şirkəti Mercedes GP komandasının titul sponsoru olub – bütün bu faktorlar bilet satışına yaxşı təsir edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*