K.Maqnussenin vəziyyəti yaxşıdır

Kevin Maqnussen Belçika Qran Prisinin ilk dövrələrində idarəetməni itirərək ağır qəzaya uğrayıb.

F-1.az xatırladır ki, qəzadan sonra sürücü müayinə üçün xəstəxanaya aparılıb.

Həkimlər onun səhhəti ilə bağlı açıqlama veriblər. Onlar Maqnussenin vəziyyətinin yaxşı olduğunu, yaralanmadığını, sadəcə sol ayağının pəncəsində xırda kəsik olduğunu bildiriblər.

, ,