M.Həkkinen: Ferrari ilə McLaren-in rəqabəti gözəldir

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, Ferrari ilə McLaren-i yenidən mübarizə apararkən görmək onu sevindirir.

F-1.az xatırladır ki, Ferrari və McLaren uzun illər çempionluq uğrunda mübarizə aparıblar. İki komanda bu il də mübarizə aparır, lakin bu dəfə üçüncü yer uğrunda… Buna baxmayaraq, Həkkinen iki komandanın mübarizəsindən həzz alır: “Sabiq komandam McLaren son yarışda üçüncü və altıncı oldular. Sevincliyəm. Lando Norris həftəsonu ərzində yaxşı performans göstərdi. Komanda ona restarda Soft təkər verməklə cəsarətli addım atdı. Bu, onların özlərinə olan inamlarını göstərir. Bu taktika hesabına Norris yarışda Lekleri qabaqladı və podium qazandı. Red Bull və Mercedes qələbə uğrunda mübarizə apararkən, McLaren və Ferrari üçüncülük uğrunda mübarizə aparır. Bunu görmək gözəl oldu. Mənə keçmişdəki rəqabəti xatırladır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*