M.Ferstappen: İki Mercedes-i ayırdım

Red Bull komandasının sürücüsü Maks Ferstappen iki Mercedes sürücüsünü ayırdığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa ikinci yerdə başlasa da, startda Bottasın gerisinə düşüb, amma Həmiltonun cəza alması ilə yerini qaytararaq ikinci olub.

Maks Ferstappen: “Düzünü desəm, startda cüt tərəflərdə asfaltla ilişmə zəif idi. Bu da bizə baha başa gəldi. Ancaq ilk döngələr qəribə oldu. Restartdan sonra tempimiz zəif idi. Medium təkərlə balans problemi yaşayırdım, amma Hard təkərə keçdikdən sonra rəqabətədavamlı idik. Buna görə xoşbəxtəm. İki Mercedes-i ayırdığım üçün özümdən razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*