26 Avqust 2019, Bazar ertəsi - 09:36

M.Eriksson Kanada yarışının startında 3 yer itirəcək

M.Eriksson Kanada yarışının startında 3 yer itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

22:03 - 29 May, 2016

Markus Eriksson komanda yoldaşı Felipe Nasr ilə yaşadığı insidentə görə Kanada yarışının startında 3 yer itirəcək.

F-1.az xatırladır ki, Nasr və Erikssonun radio vasitəsilə komanda ilə anlaşa bilməməsi və komandadan göstəriş gəlməsinə baxmayaraq, Nasrın yol verməməsindən sonra Eriksson La Rascasse-da komanda yoldaşına hücum edib və bu hücum hər iki sürücünün də yarışxarici qalmasına səbəb olub.

Stüardlar tərəfindən aparılan araşdırmalardan sonra Erikssonun günahkar olduğu təsdiqlənib. İsveçli sürücü Kanada yarışının startında 3 yer itirməklə cəzalandırılıb.

Monako QP-dən sonra Paskal Verlyayn da cəza alan sürücülərdən biri olub. Almaniyalı sürücü virtual təhlükəsizlik avtomobili vaxtında lazım olandan daha sürətli olduğu üçün və mavi bayraqlara fikir vermədiyi üçün iki dəfə 10 saniyə cəzası almışdı. Verlyayn bu cəzalardan sonra 14-cü yerə düşüb və almaniyalının lisenziyasına 4 cəza balı yazılıb.

Williams komandasının sürücüsü Bottasa da cəza verilib. La Rascasse-da Esteban Qutyerres ilə təmas yaşayan finlandiyalı sürücünün lisenziyasında 4 cəza balı var…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 327
Teqlər , , , , , ,
Paylaş

logo