V.Bottas: “Qovula bilərdim”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, bu mövsüm 2018-ci ildəki performansını göstərməyə davam etsəydi, Mercedes-dən qovulacaqdı.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2018-ci ildə qələbə qazana bilməmiş və mövsümü 5-ci yerdə bitirmişdi. Lakin Bottas bu il 4-ü qələbə olmaqla 15 podium qazanıb və mövsümü komanda yoldaşı Həmiltonun gerisində ikinci yerdə bağlayıb.

Valtteri Bottas: “Əgər 2018-ci ilə bənzər performans göstərsəydim, komanda mənimlə müqavilə yeniləməzdi. Bu, mənimçün və sağlığımçün çox vacibdir. Artıq yarışlarda daha çox əylənirəm və bu idmanı sevirəm. Lakin keçən mövsümün sonlarında belə deyildi.

Keçən ilə nisbətən fərqli zehniyyətə sahibəm. Keçən il mövsümün bitməsi üçün gün sayırdım və özümə gəlib yenj mövsümə sıfırdan başlamağın çarəsini tapdım. Mövsümü yaxşı bitirmək gələn ilə hazırlaşmaq üçün motivasiyadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*