Luici Mazzola: “Güc qurğusunun konsepsiyasındakı köklü dəyişiklik istehsalçıların artıq gördüyü nəhəng inkişaf işini puça çıxarır. O vaxt bu qərar qəbul olunarkən bütün mümkün dəyişənlər nəzərə alınmamışdı. Reqlamentin müəllifləri layihənin ekoloji tərəfinə aludə olmuşdular və ümumi mənzərəni görmürdülər. Amma indi problemlər üzə çıxıbsa, yeni qaydalar uydurmaq yox, onların aradan qaldırılması üzərində işləmək lazımdır.
Elektrik hissəsinin gücünü 350 kVt-a qaldırıb, yanacaq çəninin həcmini isə, demək olar ki, dəyişmədən saxlasaq, problemlər qaçılmaz olacaq. Mən hələ də başa düşmürəm, niyə onlar sadəcə çənin həcmini artırmadılar – bu halda dəyişikliklər minimal olardı, amma bir çox sualın qarşısını almaq mümkün idi.
Əgər bir istiqaməti seçmisinizsə, onunla davam edin. Optimallaşdırın, daha yaxşı işə və daha yüksək səmərəliliyə nail olun. Qaydaları yenidən başdan yazmağa ehtiyac yoxdur. V8 mühərriklərinə qayıdış növbəti səhv olacaq. Hər şeyi sıfırdan başlamaq yox, mövcud texniki arxitekturanı enerji idarəetməsi hesabına təkmilləşdirmək lazımdır. Belə yanaşma artıq görülmüş texniki işləmələrin böyük hissəsini qoruyub saxlamağa və qüvvədə olan qaydalar çərçivəsində üzə çıxmış çatışmazlıqları aradan qaldırmağa imkan verərdi”.





