Lotus yeni E20-ni təqdim edib

Bu gün bir qədər əvvəl Lotus komandası rəsmi saytında 2012-ci il mövsümü üçün hazırladığı E20 şassisinin onlayn təqdimatını keçirib – […]

Bu gün bir qədər əvvəl Lotus komandası rəsmi saytında 2012-ci il mövsümü üçün hazırladığı E20 şassisinin onlayn təqdimatını keçirib – E20 komandanın Ənstoundakı bazasında hazrılanmış iyirminci maşındır.

Yeni maşın qara-qızılı rənglərə boyanıb, burun elementi mövsümə xas olan “pillə”yə malikdir. Gözlənildiyi kimi maşında yeni sponsor Unilever şirkətinin bəzi brendlərinin loqotipləri peyda olub.

Komanda heyətini tam dəyişib, bu il sükan arxasına Kimi Rəykkönen və Roman Qrojan oturacaq, komanda sürücülərinə ciddi ümid bəsləyir. Sabah Xeresdə komanda jurnalistlər üçün daha bir təqdimat mərasimi keçirəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*