16 Oktyabr 2019, Çərşənbə - 01:22

Lotus komandası Mercedes AMG-nin hava kanalından şikayət edib

Lotus komandası Mercedes AMG-nin hava kanalından şikayət edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:10 - 14 Aprel, 2012

Melburn və Malayziyada Red Bull və Lotus komandalarının nümayəndələri Mercedes AMG mühəndislərinin hazırladıqları hava kanalını leqal saymış FİA-nın texniki xidmətlərindən […]

Melburn və Malayziyada Red Bull və Lotus komandalarının nümayəndələri Mercedes AMG mühəndislərinin hazırladıqları hava kanalını leqal saymış FİA-nın texniki xidmətlərindən izahat tələb etmişdilər.

Malayziyada Mercedes AMG komandasının başçısı Ross Braun bildirmişdi ki, əgər rəqiblərinin hər hansı bir iddiası varsa, onda bunu paddokda müzakirə etmək əvəzinə rəsmi şikayət etmək lazımdır.

Rəqiblər bu məsləhətə qulaq asıblar və bu gün Çin Qran Prisinin stüardları Lotus komandasından Mercedes AMG komandasının 7 və 8 nömrəli maşınlarının relqmaentə uyğun gəlməməsi barədə rəsmi şikayət alıblar. Lotus hesab edir ki, Texniki reqlamentin 3.15 bəndi pozulub – hərəkətli aerodinamik elementlərin istifadəsi qadağandır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 305
Teqlər
Paylaş

logo