L.Stroll: Alonso mənimlə eyni şeylərə inanır

Aston Martin komandasının sahibi Lourens Stroll bildirib ki, Alonso F1 tarixinin ən yaxşı sürücülərindən biridir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Aston Martin-lə çıxdığı ilk yarışda podiuma yüksəlib.

Lourens Stroll: “Fernandonu bir müddətdir tanıyıram. O, Ferrari-də yarışanda Stroll da Ferrari-nin Sürücü Akademiyasında idi. O vaxt 12 yaşı var idi. Yəni bir-birlərini uzun illərdir tanıyırlar.

Sözün açığı, Fernado F1 tarixinin ən yaxşı sürücülərindən biridir. Onu uzun müddətdir ki, tanıyırıq. Fernando da mənimlə eyni şeyə inanırdı. Onun yanına gedib, planlarımı dedim. Məni uzun illər tanıdığı üçün dedi ki, gələcəyim sənin komandanda olacaq və bizə qatıldı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*