L.Sarcent: Çox motivasiyalıyam

Williams komandasının sürücüsü Loqan Sarcent bildirib ki, yeni mövsümə görə çox həyəcanlıdır.

F-1.az xatırladır ki, amerikalı sürücü bu il Williams ilə Formula1-də debüt edəcək.

Loqan Sarcent: “Uzun qış tətilindən sonra yeni mövsüm üçün hazırlaşmaq həyəcanvericidir. Çox motivasiyalıyam və çox işləmişik. Bolid əla görünü və komandanın qış ərzində gördüyü işi əks etdirir. Buna görə də Bəhreyndən əvvəl Silverstounda sükan arxasına keçmək üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*