L.Norris: İdeal yarış sayı 20-dir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Formula1 üçün ideal yarış sayı 20-dir.

F-1.az xatırladır ki, Formula1 son illərdə 24 yarışlıq təqvimlər yığsa da, bu say hələ də 22-də qalıb.

Keşmişdə 16-17 yarışlıq təqvimlərin olduğunu düşünəndə bu say doğrudan da çoxdur. Lakin Formula1-ə maraq artır və buna görə də yarış sayını çoxaltmaq labüddür.

Lando Norris: “24 yarış çoxdur. Məncə, 20 yarışın keçirilməsi yaxşı olardı. Bilirəm ki, çox tras var və yarışları qəbul etmək istəyirlər. Ancaq məncə, 20 Qran pri ən ideal saydır. Bu, müxaniklərin mühəndislərin bizimlə səyahət edib, ailələrindən, uşaqlarından və sevdiklərindən və biz sürücülərdən uzaq qalanlar üçün ideal say olar. Yekunda onlar bizdən daha çətin anlar yaşayırlar.

Təqvim barədə danışanda özümüzdən başqa bu adamları da düşünməliyik. Məncə, ən yaxşı seçim trasların rotasiya ilə iştirak edəcəyi 20 yarışlıq təqvimdir. Bütün traslarda yarışa bilmərik.

Növbəti mövsümün təqviminin müəyyən ərazilərə görə ayrıldığını görmək gözəldir, amma yenə də qarışıq və uzundur. Mən düşünürəm ki, 20 Qran Pri ən idealıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*