L.Həmilton: “Start qəribə oldu”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton yarışın startının qəribə olduğunu deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Barselona yarışının startında Bottası keçərək, mövsümdə üçüncü qələbəsini qazanıb. Bundan başqa Mercedes komandası bu mövsüm ardıcıl 5-ci dəfə qələbə dublu edərək, öz rekordunu daha da yaxşılaşdırıb.

Lyuis Həmilton: “Valtterinin ilk döngədə gec əylənəcəyini bilirdim. Amma Bakının təkrarı deyildi.

Bu uğur bütün komandanındır. Bunun bir hissəsi olduğum üçün xoşbəxtəm. Trasdakı və bazadakı işçilərin gərgin işləməsi qürur vericidir. İlk dörd yarış bizimçün çətin idi. Yaxşı bolidimiz olsa da, həmişə yaxşı işlədə bilmirik. Amma bu yarışda problemləri həll etdik və rəqiblərimizdən uzaqlaşdıq. Buna görə də hamıya minnətdaram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*