L.Həmilton: İlk iki yer mümkün idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turunun son sessiyasında DRS işləmədiyi üçün geridə qalıb.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu bugünkü Macarıstan yarışına 7-ci yerdən başlayacaq.

Lyuis Həmilton: “DRS işləmirdi. Corcu təbrik edirəm. İlk dəfə poul qazanmaq həmişə gözəl hissdir. Komanda olaraq bizim üçün gözəl hadisə oldu. Birdən necə sürətləndik bilmirəm. Gözlənilmədən oldu. Yarışda Rassellə dəstək olmaq üçün əlimdən gələni edəcəm. Bu trasda pouldan başlayıb qalib gəlmək mümkündür.

Yarış tempimiz necədir bilmirəm, çünki cümə günü yavaş idik. Bəlkə bir az güclənmişik. Güclənmişiksə, hücum edə bilərəm.

DRS problemi yaşamasam, sıralanma turunda ilk iki yer mümkün idi. Bunu əldən vermək çox əsəbpozucusur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*