13 Dekabr 2018, Cümə axşamı - 17:31

L.Həmilton: “Formula1 üçün qan axıtdım”

L.Həmilton: “Formula1 üçün qan axıtdım”

Müəllif: Rauf Hacıyev, redaktor

18:30 - 19 Aprel, 2016

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, idmanı ən çox tanıdan sürücüdür və onun Formula1-ə borcu yoxdur…

F-1.az xatırladır ki, britaniyalı sürücü dəbdəbəli həyat tərzi ilə diqqət mərkəzindədir.

Amma Həmilton bildirib ki, idmanı tanıtmaq üçün “qan, tər və göz yaşı axıdıb” və Formula1-ə qarşı özünü borclu hiss etmir.

Lyuis Həmilton: “İdmanı digər sürücülərdən daha çox tanıdıram.

Getdiyim tədbirlərdə Formula1 barədə danışıram. Bəlkə də Formula1 barədə bütün sürücülərin cəmindən çox danışıram. Ona görə də idmana qarşı əlavə məsuliyyət hiss etmirəm.

Mənim çoxlu fanlarım var. Onlara motivasiya vermək üçün maksimum vaxt ayırmağa çalışıram. Başqa neynəməli olduğumu, sözün düzü, bilmirəm.

Burada 10 ildir ki, çıxış edirəm. Formula1-i sevirəm. Bu idman üçün qan, tər və göz yaşı axıtmışam”.

Lyuis Həmilton qaydalar qəbul olunan zaman sürücülərin söz demək haqqının az olmasının tərəfdarıdır. Britaniyalı bildirib ki, idmanı komandaların sahibləri idarə edirlər: “Çox az, çox az çox az söz demək haqqımız olmalıdır.

Bu bir işdir. Pul və güc var. Biz nəsə deyirik, amma son qərarı masada oturub qələm oynadanlar, çek yazanlar və pul qazandıranlar verir”.

Həmilton əlavə edib ki, sürücülərin söz haqqı olsa da, bu heç bir şeyə təsir etməyəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 369
Teqlər ,
Paylaş

logo