L.Həmilton: “Biz yenə də vahid komanda kimi çalışdıq!”

Braziliyada finiş xəttini birinci keçən Lyuis Həmilton doğma Mercedes komandasında ardıcıl beşinci dəfə Mühəndislər Kubokunu qazandırıb.

F-1.az xatırladır ki, iki həftə əvvəl Meksikada isə britaniyalı sürücü özünün 5-ci tituluna sevinmişdi…

Lyuis Həmilton: “Komanda ilə arxada qoyduğum 6 ildə ancaq əzmkarlıq gördüm və bu qələbə zəmi öz məhsulunu verir. Mühəndislər Kuboku uğrunda komanda bütün mövsüm ərzində çalışır, əməkdaşlar hər gün işə gəlirlər, maksimum çalışırlar. Biz yenə də vahid komanda kimi çalışdıq. Mən fəxr edirəm ki, bu gün Mercedes-i trasda təmsil edirəm.

Bu gün yarış bizim ssenari üzrə getmirdi, yaxşı start alsam da, motorda nəsə problemlər var idi. Yarışın ortasında artıq qələbə şansını əldən vermişdik, amma sonra Ferstappen səhvə yol verdi və biz yenidən mübarizəyə qayıtdıq.

Mən bütün əməkdaşlarımıza təşəkkür edirəm, tərəfdaşlarımıza və sponsorlarımıza təşəkkür edirəm – sizsiz bu qələbə mümkün deyildi!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*