Kvyat və Sirotkin Le Manda yarışacaqlar?

Rusiyalı sürücülər Daniil Kvyat və Sergey Sirotkin 24 saatlıq Le Man marafonunda çıxış edə bilərlər.

F-1.az xəbər verir ki, SMP bankının rəhbəri Boris Rotenberq bildirib ki, LMP2 kateqoriyasında yarışan SMP Racing komandasında Kvyatı görmək istəyir: “Ferrari-də nə qədər işi olacaq bilmirəm, amma Kvyatı komandamızda görmək istəyərəm”.

SMP Racing ilə yarışmağa digər namizəd isə Williams komandasının yeni sürücüsü Sergey Sirotkindir: “BR1 prototipinin inkişafında iştirak edəcəm, amma marafonda çıxış etmək məndən asılı deyil. Mənim üçün əsas Formula1-dir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*