Williams sürücü heyətini yanvarda elan edəcək

Formula1-də gələn mövsüm üçün yalnız bir vakant sürücü yeri qalıb - Williams komandasında yarışacaq ikinci sürücünün adı məlum deyil. Namizədlər arasında 22 yaşlı Sergey Sirotkinin şansları daha çox qiymətləndirilir.

F-1.az xatırladır ki, Qrouv təmsilçisinin yaxın günlərdə Ləns Strollun komanda yoldaşını elan etməsi gözlənilirdi, lakin onlar bu məsələni yanvara qədər təxirə salmaq qərarına gəliblər.

Williams-ın mətbuat xidmətindən bildirilib: “Yanvar ayına qədər sürücü heyətini elan etməyəcəyimizi təsdiqləyirik. Bəyanatın tarixi hələ dəqiqləşdilirməyib, odur ki, siz Milad və Yeni il bayramlarından zövq ala bilərsiz. Builki dəstəyə görə sağ olun, 2018-ci ildə görüşərik!”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*