K.Rəykkönen komandası ilə ad gününü qeyd edib

Dünən İnterlaqosda kimi Rəykkönen komandası ilə birlikdə özünün 30 yaşını qeyd edib. Skuderiya sürücüyə xüsusi sifariş olunmuş tort verib, təntənəli […]

Dünən İnterlaqosda kimi Rəykkönen komandası ilə birlikdə özünün 30 yaşını qeyd edib. Skuderiya sürücüyə xüsusi sifariş olunmuş tort verib, təntənəli mərasimdə isə komanda başçısı Stefano Domenikali çıxış edib.

Düzdür, şampan şərabını bir qədər gec açmalı olublar, çünki hava şəraiti üznüdən sıralanma turu təxminən üç saat davam edib. Finlandiyanın MTV3 telekanalının verdiyi xəbərə görə, mərasim Ferrari-nin boksunda keçib, hamı deyib-gülüb və ən çox səbəbkar sevinirmiş. İnternetə yerləşdirilmiş kadrlara baxdıqda adma elə gəlir ki, komanda dünya çempionu ilə ayrılmağa hazırlaşmır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*