K.Kolles cümə günləri təcrübəli sürücüləri dəvət etməyi planlaşdırır

Hispania komandasının başçısı Kolin Kolles “daim sonuncu” imici ilə barışmağa hazırlaşmır – mövsümöncəsi testlərdə iştirak etməyə macal tapmayan komanda mövsümün […]

Hispania komandasının başçısı Kolin Kolles “daim sonuncu” imici ilə barışmağa hazırlaşmır – mövsümöncəsi testlərdə iştirak etməyə macal tapmayan komanda mövsümün ilk üç yarışında digər yeni komandalara nisbətən uğur qazansa da, layiqli çıaışla yadda qalmayıb. Bunun üçün böyük proqram hazırlanıb, hətta cümə günləri sərbəst yürüşlərdə təcrübəli sürücülərın çıxışı da nəzərdə tutulub.

Kollesin fikrincə, Bruno Senna və Karun Çandhok əvvəllər Formula1-də çıxış etmədikləri üçün maşının imkanlarını düzgün qiymətləndirmək iqtidarında deyillər. Alman mütəxəssis Auto Bild-ə müsahibəsində bildirib ki, “ona görə də cümə günləri biz elə sürücülərdən istifadə etməliyik ki, bu vəzifənin öhdəsindən daha bacarıqla gəlsinlər.”

Bəs Hispania-ya kimi çağırmaq olar? Bu siyahı çox böyükdür – Kristian Klin, Kazuki Nakacima, hətta Jak Vilnöv. Köhnə sürücülərdən də kimisə cəlb eləmək olar. Əsas sürücünün təcrübəsi və onun test sürücü potensialı nəzərə alınacaq.

Kolin Kolles: “Bu güclü addımdır, biz mövsümü digər yeni komandalardan öndə başa vurmaq istəyirik. Məhz buna görə də biz Ceff Uillisi dəvət etmişik. O komandada iş qurmağı bacarır. Biz aerodinamik borunu icarəyə götürmüşük, maşını daim təkmilləşdirmək istəyirik və GP2 səviyyəsində nəticələrdən uzaqlaşmaq niyyətindəyik.”

Bundan başqa, Midland, Spyker və Force İndia komandalarının keçmiş başçısı sponsor axtarışını da dayandırmaq niyyətində deyil: “Bizə yeni maliyyə mənbələri lazımdır, biz əsas gücümüzü sürücülərimizin təmsil etdiklərə ölkələrə yönəltmişik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*