K.Sayns: Hər yarış podium qazanarıq

McLaren komandasının sürücüsü Karlos Sayns düşünür ki, bu il daha çox podium qazanacaq.

F-1.az xatırladır ki, McLaren-dən Lando Norris dünənki yarışda karyerasının ilk podiumunu qazanıb. Britaniyalıların digər sürücüsü Karlos Sayns isə 5-ci yeri tutub.

Karlos Sayns: “Komandaya və Landoya görə sevinirəm. Bu nəticəyə layiq idik. Çünki həftəsonumuz əla keçdi. Cümədən bəri tempimiz yaxşı idi.

Yarışda yaxşı performans göstərdim və son dövrələrdə komanda yoldaşımla mübarizə apardım. Səkkizinci başladığım yarışda podiuma yüksələ bilərdim. Bolid yarış tempində çox güclüdür. Buna görə də düşünürəm ki, bu il çox podium görəcəyik. Komanda əla nəticə qazandı.

Bütün fürsətlərdən istifadə etməliyik. Tempimiz var və öndəki komandalarla fərqi azaltmışıq. Ümid edirəm ki, digər traslarda da güclü olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*