K.Sayns: “İstədiyimiz yerdəyik”

Renault komandasının sürücüsü Karlos Sayns Monakoda cümə axşamı sərbəst yürüşlərindən sonra istədiyi yerdə olduğunu deyib.

F-1.az xatırladır ki, son 3 yarışda xal alaraq uğurlu seriya tutan ispaniyalı sürücü Monakodakı ikinci sərbəst yürüşlərdə 10-cu yeri tutub.

Karlos Sayns: “Yaxşı gün idi. Xüsusən də birinci sərbəst yürüşlərdə əla işlədik. Çoxlu dövrə vurub bolidi sıralanma turuna hazırladıq. İkinci sərbəst yürüşlərdə isə trafik var idi və buna görə də sürtəli dövrə vurmaq çətin idi. Buna baxmayaraq, istədiyimiz yerdəyik. İndi isə məlumatları yoxlayıb sıralanma turuna hazırlaşmalıyıq. Burada sıralanma turu çox vacibdir və biz də ön sıralardan başlamaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*