14 Dekabr 2018, Cümə - 10:16

K.Rəykkönen: “Son sektorda sürətli deyildik”

K.Rəykkönen: “Son sektorda sürətli deyildik”

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 25 Noyabr, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Yas Marina trasının son sektorunda yavaş olublar.

F-1.az xatırladır ki, Ferrari ilə son yarışına çıxan finlandiyalı sürücü sıralanma turunda 4-cü olub.

Kimi Rəykkönen: “Gözəl sessiya idi. Məncə, boliddə problem yox idi. Hər şey yaxşı işlədi, amma son sektorda sürətli deyildik. Ən çox orada itirdik. Həftəsonu ərzində orada zəif idik. Sabah əlimizdən gələni edəcəyik. Startda UltraSoft təkərlər olacaq və doğru seçim idi. Yarış fərqli olacaq. Ümumilikdə, bazar günü fərqlər daha sıx olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 167
Teqlər
Paylaş

logo