K.Rəykkönen: “İkinci yerə görə sevinmirəm”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen Macarıstan Qran Prisinin sıralanma turunda ikinci olduqdan sonra xoşbəxt olmadığını deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son sektorda səhv edərək, komanda yoldaşı Fetteldən 0.168 saniyə geri qalaraq ikinci olub.

Kimi Rəykkönen: “Dürüst olacam. İkinci yerdən başladığım üçün xoşbəxt deyiləm. Sözün açığı, poul qazanmaq üçün yaxşı şansımın olduğunu hiss edirdim. Amma heyif ki, yavaş hissələrin birində vaxt itridim. Bu olmasaydı, poul qazana bilərdim. Sıralanma turunda mükəmməl dövrə vurmaq asan deyildi. Xüsusən də, poul üçün fürsətim var idi. Amma artıq sabaha fokuslanıram. Yay tətilindən əvvəl ən yaxşı nəticəni qazanmaq istəyirəm. Bu nəticə komanda üçün əladır, çünki ilk cərgədəyik. Amma mən bir az məyusam. Bu gün birinci yerdə ola bilərdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*