K.Maqnussen öz aləmindəki çempionata fokuslanıb

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, orta qrupun çempionu olmağa çalışır.

F-1.az xatırladır ki, danimarkalı sürücü hazırda 45 xalla 8-cidir və 7-ci Hülkenberqdən 7 xal geridə qalır.

Kevin Maqnussen: “Beynimdə böyük çempionat qururam. Bu olmasa da, özümü bununla motivasiya edirəm. Üç böyük komandanın olmadığını düşünürəm. Orta qrupdakı 3 komanda ilə mübarizə aparırıq. Bu mübarizədə qalib gəlmək istəyirəm. Formula1-də hələ də qələbə hissini yaşamamışam. İlk yarışımda ikinci olanda da hiss etmədim. İndi isə beynimdəki böyük çempionata fokuslana bilirəm. Rəqiblərimi məğlub edəndə qələbəni hiss edirəm. İlk üç komanda mənə maraqlı deyil. Onlar fərqli liqadadırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*